12 illik təhsil sistemi yenidən gündəmdə

12 illik təhsil sistemi yenidən gündəmdə
  10 Mart 2016    Oxunub:2233
Təhsil Nazirliyində təşkil olunan “dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, tədbirdə bu qurumun, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müvafiq məktəblərin direktorları iştirak ediblər.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkili, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiqi və s. barədə təkliflər səsləndiriblər.

Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyənləşdirilməsi üçün tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Müzakirələrin davam etdirilməsi qərara alınıb.

AzVision.az


Teqlər:






Xəbər lenti