`Azərbaycanla münasibətlər ideal səviyyədədir` - Marqvelaşvili

`Azərbaycanla münasibətlər ideal səviyyədədir` - Marqvelaşvili
  10 Mart 2016    Oxunub:1366
"Gürcüstan və Azərbaycan arasında ideal münasibətlər mövcuddur. Bu gün Prezident İlham Əliyevlə görüşümüz bunu bir daha sübut etdi".
Bunu Bakıda jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Gürcü prezident qeyd edib ki, ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək: "Biz Böyük İpəl Yolunda maraqlı olan ölkələrdən biriyik. Və ideal qonşuluq nümunəsi kimi gələcəkdə də əməkdaşlığımızı inkişaf etdirəcəyik".

Qeyd edək ki, G.Marqvelaşvili "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

AzVision.az


Teqlər:  






Xəbər lenti