Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq
  12 İyul 2013    Oxunub:1117
Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Sabah gündüz şimal-qərb küləyi tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.

Bakıda sabah gecə 22-24, gündüz 34-36 dərəcə isti proqnozlaşdırılır.

Rayonlarda iyulun 12-13-nə keçən gecə və səhər əsasən dağlıq, dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti