Cəbhədə 15-ə yaxın erməni öldürüldü

Cəbhədə 15-ə yaxın erməni öldürüldü
  11 Mart 2016    Oxunub:5602
Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib:

"Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq".

AzVision.az


Teqlər:  






Xəbər lenti