Ötən günə damğasını vuran xəbərlər...

Ötən günə damğasını vuran xəbərlər...
  11 Mart 2016    Oxunub:1802
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 10-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Müharibələrə hazır olun` - Corc Fridman

“Dövlətlər arasında dağıdıcı müharibələr yenilənə bilər”. Bu barədə ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan “Stratfor" Qlobal Analitik Mərkəzinin prezidenti Corc Fridman bildirib.

***

Prezident və xanımı Forumun açılışında - VİDEO (Yenilənib)

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

***

Baş nazirdən qrantlarla bağlı yeni QƏRAR

Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edib.



İŞİD-lə mübarizə necə aparılır? - İNFOQRAFİKA

İŞİD ilə mübarizə niyə effekt vermir? Anti-İŞİD koalisiyasına kimlər daxildir və onlar terrorçu quruma qarşı konkret nə edirlər? Bu günə qədər İŞİD-ə hansı zərbələr vurulub?

Bu sualların cavablarını AzVision.az-ın hazırladığı xüsusi infoqrafikada görə bilərsiniz.

***

Türk şair `diz çökərək` Rusiyadan üzr istədi – VİDEO

Türkiyəli şair Hüseyn Haydar `Su-24` tipli təyyarənin ölən pilotuna görə Rusiyadan üzr istəyib.

***

Dünyanın ən yaraşıqlı cinayətkarı azadlıqda

Öz xarici görünüşü ilə internetin qadın istifadəçilərinin qəlbini fəth etmiş ən yaraşıqlı cinayətkar azadlığa çıxıb.

***

İlham Əliyev: `İslahatları davam etdiririk`

“Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb”. Bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

200-ə yaxın məhbus əfv oluna bilər - Əfv Komissiyası

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına baxılması üçün daxil olan 400 müraciətin 200-ə qədərinə müsbət cavab verilib”.

***

Avropa Parlamentində qalmaqal - Türkiyə təhqir edildi (VİDEO)

Avropa Parlamentində Türkiyə və Avropa İttifaqı (Aİ) arasında miqrant razılaşmasının müzakirə olunduğu iclasda yunan deputatlar türkləri təhqir edib.

***

`İndi maliyyə durumumuz sabitdir` - Prezident

Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir. Bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

Azərbaycanı “Eurovision”da bu qız təmsil edəcək - VİDEO

Martın 10-da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

***

Ermənistan ordusunda itki - 3 ölü, 2 yaralı

İrəvan-Mehri avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində Ermənistan ordusunun müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.

***

Dubayı su basdı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi və ölkənin ən böyük şəhəri Dubaydan qasırğa, tufan və leysan yağışı olub.

***

ABŞ-da qanlı atışma: 5 ölü, 3 yaralı

ABŞ-ın Pensilvaniya ştatında ötən gecə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha üç nəfər yaralanıb.



Koreya lideri atom bombasını dünyaya göstərdi – FOTO

Şimali Koreya lideri Kim Çen Inın nüvə başlığının maketinin yanında çəkilən şəkilləri yayılıb.

***

`Avtovağzal` yaya kimi istifadəyə veriləcək - Açıqlama
“Hazırda "Avtovağzal" və “Memar Əcəmi-2” metro stansiyalarında son tamamlama işləri aparılır”.

***

Samir Şərifovla bağlı ittihamlara Reaksiya

Maliyyə Nazirliyi nazir Samir Şərifovla bağlı ittihamlara münasibət bildirib.

***

Mehriban Əliyeva önəmli görüşlər keçirdi

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.



Qlobal Bakı Forumunda ciddi müzakirələr - FOTOLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Forum rəsmi hissədən sonra işini “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiya ilə davam etdirib.

***

22 min İŞİD-çinin sirri ifşa oldu

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının 22 min yaraqlısının adı, ünvanı, telefon nömrəsi və ailə kontaktları olan sənədlər Sky News tərəfindən əldə olunub.

***

Samir Piriyevə bir qəpik də pul `atmamışam` - Kamran Həsənli

80 minlik dələduzluqda adı hallanan K.Həsənli AzVision.az-a açıqlamasında günahsız olduğunu deyib.

***

Bayramda rayona gedənlərə şad xəbər

Novruz bayramı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

***



Prezident və birinci xanımın qatıldığı Forumdan FOTOLAR

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

***

Azərbaycanlı milyarder bütün mülklərini satır

İranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabı təşvişə salıb.

***

Oqtay Əsədov Davudoğlu ilə görüşdü - FOTO

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyəyə səfəri zamanı bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

***

İlham Əliyev `Euronews`-a müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

***

`Kamran Həsənli 7 ildir məni aldadır`- Polisə şikayət edən müğənni

Şoumen Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyev danışıb.

***

Sarkisyan Qarabağa görə Putinə təşəkkür edib - Yenilənib

Rusiyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Vladimir Putinlə görüşüb.

***

`Ona 20 min dollar əvəzinə öz maşınımı verdim` - Kamran Həsənli

Adı müğənni Samir Piriyevə qarşı dələduzluqda hallanan şoumen Kamran Həsənli məsələnin mahiyyəti ilə bağlı açıqlama verib.

***

İrəvanda etiraz aksiyası: 10-dan çox gənc həbs edildi

Martın 10-da Ermnistanın paytaxı İrəvanda siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.

***

Ermənilər azərbaycanlını qətlə yetirdi

Rusiyada ermənilər Azərbaycan vətəndaşını öldürüblər.

***

Güləşçimiz ermənini diz çökdürdü

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb. Məlumata görə, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib - 7:0.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti