Azərbaycanda `Strateji yol xəritəsi` hazırlanır

Azərbaycanda `Strateji yol xəritəsi` hazırlanır
  11 Mart 2016    Oxunub:5603
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd Azərbaycanda maliyyə sektorunun tənzimləmə çərçivəsini müasir qlobal çağırışlar fonunda yeni keyfiyyət müstəvisinə qaldırmaq, habelə real sektorun inkişafında aparıcı rola malik maliyyə institutlarının davamlı və dayanıqlı inkişafını təmin etməkdir.
Bunu prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank və Palata qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək, qanunvericilikdə müəyyən olunmuş formada məlumat mübadiləsi aparılacaq.

Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlərinə start verilib deyən N. Əmirov bildirib ki, burada iqtisadiyyatın aparıcı sektorları, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir:

`“Strateji yol xəritəsi”nin icrası nəticəsində biz sahibkarlarla birlikdə iqtisadi islahatlar və inkişafın mahiyyət etibarı ilə yeni bir modelini - Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq`.

AzVision.az


Teqlər:  





Xəbər lenti