`Növbəti 10 illik ölkəmizdə alternativ enerji erası olacaq`

`Növbəti 10 illik ölkəmizdə alternativ enerji erası olacaq`
  11 Mart 2016    Oxunub:1702
"Azərbaycan bərpa olunan və alternativ enerji resurslarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir. Hesab edirəm ki, növbəti onillik Azərbaycanda bərpa olunan və alternativ enerji erası olacaq".
AzVision.az xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa ölkələrinin bərpa olunan enerji istehsalı sahəsində təcrübəsini öyrənir: "Hər bir ölkənin özünün enerji siyasəti olmalı və ölkə daxilində mövcud olan enerji mənbələrindən istifadə edilməlidir. Azərbaycan ənənəvi olaraq neft və qaz hasil edən ölkə olub. Hətta 100 il əvvəl Azərbaycanda mexaniki üsulla neft hasil edilib. Azərbaycanın uzun illər tələbatını təmin edəcək enerji ehtiyatları var.

Həmçinin Azərbaycanın bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimi var. Abşeron yarımadasında və digər yerlərdə çox vaxt hava küləkli olur, külək enerjisinin istehsalı üçün əlverişli şərait var. Azərbaycanda il ərzində günəşli günlərin də sayı çoxdur. Azərbaycanda şərait bərpa edilən enerjinin istehsalı üçün cəlbedicidir”.

"Cənub qaz dəhlizi" lahiyəsinin maliyyələşməsi ilə bağlı problem yoxdur deyən nazir bildirib ki, SOCAR-ın TANAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur:

“Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Onu da qeyd edim ki, TANAP-la bağlı işlərin böyük hissəsi artıq görülüb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti