AZAL-dan bayram güzəşti

AZAL-dan bayram güzəşti
  11 Mart 2016    Oxunub:1846
"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 18 - 27 mart, 2016-cı il
Uçuşların müddəti : 1 aprel - 31 may, 2016-cı il

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

AzVision.az


Teqlər:






Xəbər lenti