Nazir Milli Qəhrəmanın anasına kombayn verib
Bildirilib ki, xüsusi komissiyanın respublikanın 55 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1148 istifadəçiyə lizinqə verilmiş 2240 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 13 155 142,04 manat məbləğində güzəşt tətbiq edilib, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 642 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə isə xüsusi komissiyanın qərarına əsasən 4903 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 58 013 366,61 manat məbləğində güzəşt tətbiq edilib.
Nazir H.Əsədov görüş zamanı bir nəfər Qarabağ müharibəsi veteranına MTZ-82-1 markalı traktorun sənədlərini növbədənkənar təqdim edib, bir nəfər Milli Qəhrəman anasına güzəştli şərtlərlə kombayn verilməsinə göstəriş verib.
AzVision.az