Mərkəzi Bankın İdarə Heyəti dəyişməyəcək - Rəsmi

Mərkəzi Bankın İdarə Heyəti dəyişməyəcək - Rəsmi
  11 Mart 2016    Oxunub:2451
Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.
AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir: “Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.

Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq: "Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir".

AzVision.az


Teqlər:  





Xəbər lenti