Daxili işlər nazirinin I müavini postu yaradıldı

Daxili işlər nazirinin I müavini postu yaradıldı
  11 Mart 2016    Oxunub:5647
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edib.

AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən Daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Daxili işlər nazirinin birinci müavini prezident tərəfindən təyin ediləcək. Daxili İşlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini birinci müavininə, nazir müavinlərindən birinə tapşıra bilər.

AzVision.az


Teqlər:  






Xəbər lenti