Neftin qiyməti qalxacaq - Beynəlxalq Enerji Agentliyi

Neftin qiyməti qalxacaq - Beynəlxalq Enerji Agentliyi
  12 Mart 2016    Oxunub:2170
“Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var”.
AzVision.az BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.

Məlumata görə, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.

İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb. Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.

Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək.

ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti