Təhsil Nazirliyi müsabiqə keçirir

Təhsil Nazirliyi müsabiqə keçirir
  12 Mart 2016    Oxunub:1443
Təhsil Nazirliyi tərəfindən “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə keçirilir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bu qurum Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişafı və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra edilən “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe olan qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb edilməsi məqsədilə keçirilən müsabiqə böyük əhəmiyyət daşıyır.

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq arzusu olan şəxslər iştirak edə bilərlər.

Ətraflı məlumatı Təhsil Nazirliyinin internet saytında əldə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti