Neft bu gün neçəyədir?

Neft bu gün neçəyədir?
  12 Mart 2016    Oxunub:3741
Martın 11-də hərracların son nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 40,39 dollar olub.
AzVision.az `Bloomberg`-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 38,50 dollar təşkil edib.

Qeyd edək ki, cümə günü səhər saatlarında, Brent və WTI-nin qiymətləri müvafiq olaraq 40,81 və 38,72 dollar təşkil etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti