Nazirdən müharibə mesajı, 15 erməni öldürüldü...

Nazirdən müharibə mesajı, 15 erməni öldürüldü...
  12 Mart 2016    Oxunub:5247
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 11-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ərdoğan Əliyevə salam göndərdi - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.

***

`Düşməni darmadağın edəcəyik` - Zakir Həsənov (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

***

`Üzləşdiyimiz böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edib` - İlham Əliyev

"Beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı zamanı bildirib.

***

Bakıda avtobus xanım vəkili öldürdü

Bakının Nəsimi rayonu Rövşən Cəfərov küçəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.



Prezident ailəsi ilə ziyafətdə - FOTOLAR

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

***

Mərkəzi Banka qarşı dollar təxribatı - FOTO

Sosial şəbəkələrdə Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

***

Obama Putindən danışdı: `Heç vaxt məni gözlətmir`

ABŞ prezidenti Barak Obama `Atlantic` nəşrinə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.

***

Deputat parlamentə qaz bombası atdı - VİDEO

Kosovo parlamentinin müxalifətdə olan deputatları yenidən iclas zalına gözyaşardıcı qaz atıblar.

***

Bu ölkə `zibilə düşüb` - Video

İspaniyanın Malaqa şəhərinin küçələrində 4 min ton zibil yığılıb.



Bakının 3 əsrlik `Fantaziya`sı sökülür? - FOTOLAR

Bakının mərkəzində yerləşən tarixi “Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

***

`Putin Obamadan güclü liderdir` – Tramp

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Barak obamadan dəfələrlə güclüdür.

***

Cəbhədə 15-ə yaxın erməni öldürüldü

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

***

`Hər an döyüşə hazırıq` - Zakir Həsənov cəbhədə (Fotolar)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

***

Dünyanın gündəmi Bakıda müzakirə edilir

“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu martın 11-də işini panel iclaslarla davam etdirir.

***

Prezidentin köməkçisindən manatla bağlı Açıqlama

“Son 12 ildə aparılan iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

***

Bakıda evlərin qiyməti bahalaşır

Son ayda Bakının Binəqədi və Nərimanov rayonlarında yeni tikililərdə bahalaşma qeydə alınıb. Köhnə tikililər üzrə təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb”. Bu barədə MBA Consalting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

***

Rövnәq Abdullayev yenə AFFA prezidenti seçildi

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat-seçki konfransı keçirilib.

***

Natiq Əliyev anons verdi: Neft bahalaşacaq

“Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz”. Bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində bu gün "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.

***

Azərbaycanda `Strateji yol xəritəsi` hazırlanır

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd Azərbaycanda maliyyə sektorunun tənzimləmə çərçivəsini müasir qlobal çağırışlar fonunda yeni keyfiyyət müstəvisinə qaldırmaq, habelə real sektorun inkişafında aparıcı rola malik maliyyə institutlarının davamlı və dayanıqlı inkişafını təmin etməkdir. Bunu prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

***

Erməni kəşfiyyatının talış marionetləri yenə oyunda

Fevralın 27-də Yerevanda Ani Plaza Otelində “Azərbaycanın yerli xalqları: reallıq və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

***

Rusiya erməniləri məyus etdi - `Erməni soyqırımı` rədd edildi

Rusiya Dövlət Dumasının Şurası “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib.

***

Azərbaycanlı gənc iş adamı: `Obama ilə görüşəcəyəm...` (MÜSAHİBƏ)

AzVision.az-ın gənc iş adamları ilə silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Amerikada şirkət açaraq bizneslə məşğul olan azərbaycanlı gənc Pənah İbrahimovdur:

***

`İranla əməkdaşlığımız sürətlə inkişaf edir` - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



Bəzi qurumların bank hesabları dondurulacaq

Hesablama Palatasının Kollegiya iclasında “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları”nın layihəsi müzakirə olunub.

***

`Qarabağ problemini yalnız onlar həll edə bilər` - Peskov

“Dağlıq Qarabağ münaqişəsi yalnız iştirakçı ölkələr tərəfindən həll edilə bilər”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

***

Manatın məzənnəsi ilə bağlı “qırmızı xətt” yoxdur

"Hal-hazırda Mərkəzi Bankın manatın məzənnəsinə təcili müdaxilə edə biləcək bir hal yaşanmır". Bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

***

`Qarabağ` klubu Məmmədyarovun xoşuna gəlir

“Doğrudan da, bu, böyük şərəfdir. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci iclasda iştirak etmişəm. Ancaq inanıram ki, biz yavaş-yavaş Azərbaycan futbolunu da inkişaf etdirərik”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov deyib.

***

`Əli Kərimlinin adam içinə çıxmağa üzü yoxdur` - ADP sədri

“Əli Kərimli pərdə arxasında onu-bunu söyməklə başını girləyir”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin müxalifətlə dialoqdan qaçmasını tənqid edib.



ABŞ Gürcüstana silah göndərir

ABŞ “Bredli” tipli Piyadaların Döyüş Maşını və “Abraams” tanklarını Gürcüstana göndərəcək.

***

`İlham Əliyevə minnətdaram`- Leyla Yunus

“Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi həbsdən buraxdı”. Bunu Leyla Yunus bu gün keçirilən məhkəmə prosesində çıxışı zamanı deyib.

***

Elnur Nağızadə ilə bağlı cinayət işi açıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.

***

Ermənistan ordusunun sirrləri açıldı - DOSYE

Məşhur rusiyalı ekspert, Siyasi və Hərbi Analiz üzrə İnstitutun direktor müavini Aleksandr Xramçixin “Sualları olan forpost” adlı məqaləsində faktiki olaraq Ermənistan ordusunun tərkibi haqda ifşaedici faktlar açıqlayıb.

***

Rusiya Ukraynaya nota verdi

“Ukraynanın Kiyev, Odessa və Lvov şəhərlərində Rusiyanın diplomatik nümayəndəliklərinə hücumlar əvvəlcədən planlaşdırılıb”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

***

`İslam Amerikaya nifrət edir` – Tramp

Respublikaçılar partiyasında ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, `İslam Amerikaya nifrət edir”.

***

Azərbaycanda yay-qış vaxtına keçid ləğv oluna bilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

***

Mərkəzi Bankın İdarə Heyəti dəyişməyəcək - Rəsmi

Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.



`Hər bir əsgər və zabit qisas hissi ilə yaşamalıdır` - Zakir Həsənov

Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.


***

`İndiki vəziyyətdən çıxış yolu tapmalıyıq` - PA rəsmisi

“Azərbaycan son 25 il ərzində bir müsəlman dövləti kimi stabillik şəraitində davamlı inkişafı təmin etməyi bacarıb”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi" panelində deyib.

***

Daxili işlər nazirinin I müavini postu yaradıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edib.

***

Rusiya Avropa Oyunlarını keçirməkdən imtina etdi

Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.

***

DİN-də yeni baş idarə yaradılıb

Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb.

***

Cəbhədəki döyüşlərlə bağlı XİN-dən bəyanat

"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 10-11 mart tarixlərində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat-diversiya əməliyyatının törədilməsinə cəhd göstərilib. Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

***

Elnur Nağızadənin həbsi barədə qərar verildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilib.



Dünyanı narahat edən məsələlər Bakıda müzakirə edildi - FOTOLAR

Martın 11-də IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən və maraqlı müzakirələrlə yadda qalan panel iclaslarından biri də “Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr edilib.

***

Şakir Musayev vəzifəsindən azad olundu

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev vəzifəsindən azad olunub.

***

Anasının imtina etdiyi körpəyə dövlət sahib çıxdı

Ağdamda ana dünyaya gətirdiyi körpəsindən imtina edib. Mart ayının birində xəstəxanaya daxil olan ana, dünyaya gətirdiyi körpəsini qəbul etməyib.

***

Sabiq nazirlə bağlı intim video qalmaqalı

Gürcüstanın Baş Prokurorluğu tərəfindən sabiq xarici işlər naziri Maya Pancikidzeyə bənzəyən qadının `YouTube` video portalında yayılan intim görüntüləri ilə əlaqədar cinayət işi açılıb.

***

Həsən Şirinov istefa xəbərini yalanladı


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, açıqlamasında deyib ki, bu xəbələr həqiqəti əks etdirmir.

***

Neftin qiyməti qalxacaq - Beynəlxalq Enerji Agentliyi

“Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var”. Bunu Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.

***

`Putin Ermənistanın müttəfiqi olmadığını etiraf etdi`

Moskvada Serj Sarkisyanı qəbul edən Rusiya prezidenti Vladimir Putin ölkələr arasında müasibətləri “strateji tərəfdaşlıq münasibətləri” kimi xarakterizə edib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti