3 ölkənin generalları görüşdü
Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zərurliliyi qeyd olunub, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.
Tədbir iştirakçıları vurğulayıblar ki, Xəzər dənizində hər hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzər dənizinin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və stabilliyin təmin olunmasına xidmət edəcək.
Görüşdə, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


