İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, iclasda Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.
İclasda, həmçinin İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Apellyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.
AzVision.az