Səfər Əbiyev Qərargah rəisini qəbul edib

Səfər Əbiyev Qərargah rəisini qəbul edib
  12 İyul 2013    Oxunub:1203
Azərbaycanın müdafiə naziri Omanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini qəbul edib.

CİSM-in tərkibində hərbçilərin futbol üzrə dünya kubokunda iştirak edən ölkəsinin futbol yarışını müşaiyət etmək üçün Azərbaycana gələn qonaqla müdafiə naziri arasında müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti