“Eurovision-2016”nın vaxtı açıqlandı

Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.
Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.
Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb. (Azərtac)