İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi
  14 Mart 2016    Oxunub:2621
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AzVision.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

-Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!


Teqlər:





Xəbər lenti