İndiyədək banklara 2 milyard dollar satılıb

İndiyədək banklara 2 milyard dollar satılıb
  14 Mart 2016    Oxunub:3740
Bu günə kimi Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb.
AzVision.az xəbər verir ki, bu barədə ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, vəsaitin 1.15 milyard dolları Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub.

İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb. Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb.

Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti