İDEA Kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur
Kampaniya fəaliyyət göstərdiyi qısa müddətdə 10-a yaxın beynəlxalq, 50-dən çox yerli layihə həyata keçirib.
İDEA Beynəlxalq Kampaniyası hazırda WWF, UNEP, Webistan kimi nüfuzlu qurumlar, ümumilikdə isə iyirmiyə qədər beynəlxalq və 30-a qədər yerli təşkilatlarla əməkdaşlıq edir.
Kampaniyanın əsas fəaliyyət istiqaməti ətraf mühit problemlərinin yerli və beynəlxalq səviyyədə həllinə nail olmaq üçün gənclərin real və virtual şəbəkəsini yaratmaq, onları Yer kürəsinin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlandırmaq və bu sahədə yerli və beynəlxalq layihələr həyata keçirməkdir.
İDEA Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən yaradılmışdır.
Teqlər: