Gənclər üçün layihə həyata keçirilib

Gənclər üçün layihə həyata keçirilib
  16 Mart 2016    Oxunub:7211
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində “Zaman, insan və cəmiyyət” adlı layihə həyəta keçirilib.

Layihənin rəhbəri Ruhanə Paşazadənin verdiyi məlumata görə, başlıca məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, maariflənmə olub. Layihə iki gün davam etməklə 12-13 mart tarixində Bakı Saphire oteldə baş tutub.

Tədbiri giriş sözü ilə açan Ruhanə Paşazadə qeyd edib ki, bu gün ölkəmizdə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait var. İdman əyləncə kompleksləri, kitabxanalar, müxtəlif ölkələri gəzmək və ölkəmizi təbliğ etmək üçün qrant ayıran dövlət və özəl fondlar, müxtəlif dilləri öyrənmək üçün kurslar, ölkənin həm şəhər, həm ucqar yerlərində sürətli internet, texnika və texnologiyalar və s. Bura daxildir.

- Təəssüflər olsun ki, bəzi gənclər texnologiyanın xeyrindən yararlanmaq dedikdə vaxtlarının böyük bir qismini sosial şəbəkələrdə keçirirlər. Halbuki, internetdən alınası yararlı məlumatlar onlarının inkişafına xidmət edə bilər,- deyən R.Paşazadə qeyd edib ki, gənclərimizə öz ideyalarını, təşəbbüslərini reallaşdırmaq üçün dövlət tərəfindən kifayət qədər şərait yaradılıb. Bunun bariz nümunəsi 2011-ci ildə təsis edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrdir.

Layihəyə dəvət edilmiş bir sıra təlimçilər gənclərə asudə vaxtlarının əhəmiyyətli keçməsi yönündə tövsiyə və ideyalar veriblər. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.



Teqlər:





Xəbər lenti