“Bakı Avropa Oyunları 2015”in rəsmi səhifəsi açıldı
Rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanı yaradacaq.
İnternet səhifəsi Bakı Avropa Oyunlarına 2015 aid hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşəcək və Oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.
Qeyd edək ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assamblyeasında, Avropanın 49 Milli Olimpiya Komitələri Azərbaycan paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə 84% əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən İlk Avropa Oyunları 2015-in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə, 2015-ci il 28 iyun tarixində keçiriləcək.
Bakıda ilk Avropa Oyunlarını 2015 lazımi səviyyədə keçirmək məqsədilə prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə iyun-iyul 2015-ci il tarixlərində Bakıda ilk Avropa Oyunlarını keçirmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalayıb.
Avropa Oyunları Avropanı əhatə edən 49 milli olimpiya komitələrindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana, Bakıya verilib. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən aparılır, təşkil edilir və idarə olunur. Avropa Oyunları İtaliyada, Romada 2012-ci il dekabrın 9-da Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis edilmişdir və həmin vaxt Avropanın milli olimpiya komitələrinin əksər səs çoxluğu ilə Avropa Oyunları yaradılıb. Həmin Baş Assambleyada Milli Olimpiya Komitələri əksər səs çoxluğu ilə bu Oyunların keçirilməsini Azərbaycanın Bakı şəhərinə həvalə edib.
Teqlər: