Bu il Azərbaycanda 876 əkiz, 15 üçəm doğulub

Bu il Azərbaycanda 876 əkiz, 15 üçəm doğulub
  13 İyul 2013    Oxunub:1226
Hazırda hər 1000 kişiyə 1013 qadın düşür.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 55,3 min nəfər artaraq 2013-cü il iyul ayının 1-i vəziyyətinə 9411,8 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,3 faizi 0-14 yaşda, 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1013 qadın düşür.

İlin birinci yarısında ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18,1 olmuşdur. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,3 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 28,8 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,2) qalaraq dəyişməyib.

Yanvar-iyun aylarında ölkədə 37,9 min nikah və 5,7 min boşanma halı qeydə alınmış və 2012-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,2-yə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,2) qalıb. 2013-cü ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,1 min nəfər ölkədən gedib.



Teqlər:





Xəbər lenti