ATƏT-in müşahidə missiyası gəlir

ATƏT-in müşahidə missiyası gəlir
  13 İyul 2013    Oxunub:1104
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana seçki müşahidə missiyası göndərməyə hazırlaşır.
Bu barədə məlumat ATƏT-in rəsmi internet səhifəsində yerləşdirilib. Saytda yer alan məlumata görə, ATƏT DTİHB seçkiləri izləmək üçün müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitik və uzunmüddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır.

Məlumatda qeyd edilir ki, seçiləcək namizədlərin iş müddəti müvəqqətidir və 8 həftə çəkəcək. Əgər seçkilərin ikinci turuna ehtiyac olsa, onların işi daha 3 həftəyə uzadıla bilər. Namizədlər Azərbaycan istisna olmaqla, ATƏT-ə üzv ölkələrin vətəndaşları olmalı və 2013-cü ilin avqustunda tam hazır olmalıdırlar ki, tez bir zaman ərzində müşahidə aparılacaq ölkəyə uça bilsinlər.


Teqlər:





Xəbər lenti