Aygün Kazımova çempionlarla yumurta döyüşdürdü - FOTOLAR

Aygün Kazımova çempionlarla yumurta döyüşdürdü - FOTOLAR
  17 Mart 2016    Oxunub:8800
Abşeron rayonu Qobu qəsəbəsində "Cavanşir" güləş məktəbinin açılışı olub.

Açılışda bir sıra millət vəkilləri, olimpiya çempionları, gənc və peşəkar idmançılar iştirak edib.

Tədbirin xüsusi qonağı isə xalq artisti Aygün Kazımova olub. Müğənninin gəlişini at karvanı müşayiət edib. Bahar qızı obrazında təşrif buyuran A.Kazımova əlində Azərbaycan bayrağını tutub.



Açılış mərasimində idman klubunun qırmızı lentini Aygün Kazımova və olimpiya çempionu Zemfira Meftahətdinova kəsib.

Tədbirdə Novruz bayramı münasibətilə A.Kazımova olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Zemfira Meftahətdinova ilə yumurta döyüşdürüb.



Tədbirin sonunda Azərbaycan bayrağı formasında hazırlanmış tortu Aygün Kazımova ilə AGF-in vitse prezidenti, adını daşıdığı güləş məktəbinin sədri Cavanşır Qurbanov kəsib (axşam.az).




Teqlər:





Xəbər lenti