Prezident “Barselona”ya təşəkkür etdi

Prezident “Barselona”ya təşəkkür etdi
  22 Fevral 2013    Oxunub:1789
İsrail prezidenti “Barselona”ya təşəkkür edib.
İsrail prezidenti Şimon Peres “Barselona” prezidenti Sandro Rossel ilə görüşü zamanı ona katalonlarla israil və fələstinli oyunçularından ibarət yığma komandanın iyulun 31-nə təyin edilən yoldaşlıq görüşünə təşəkkür edib.
“Mən “Barselona” ilə belə bir layihəyə imza atdığımız üçün çox şadam. Futbol mövcud konfliktlərə rəğmən bizim uşaqlarımıza birlikdə oynamaq, ünsiyyət qurmaq şansı verir. Futbol maneələri sındırır, irqçiliyi yox edir və bizi sülhə səsləyir”,-deyə Peres bildirib.



Teqlər:  





Xəbər lenti