Arabanın 5-ci təkəri

Arabanın 5-ci təkəri
  16 İyul 2013    Oxunub:1444
Müxalifətin "Milaya Şura" teleserialı öz komikliyinə görə bütün bədii filmləri keçib. Və biz də bunu əvvəlcədən demişdik. Amma orasını bilmirdik ki, az keçməmiş bu “sabun operası”nda hadisələr o qədər bir-birinə qarışacaq ki, kimin kim olmasını nəinki biz, heç özləri də ayırd edə bilməyəcəklər. Nə isə, keçək əsas məsələyə.
Bir neçə illik müzakirə, mubahisə və uzun-uzadı dava-qırğından sonra bunlar təmtəraqla elan etdilər ki, bəs "ay millət, gözün aydin, biz müxalifətin vahid namizədini müəyyən etdik". Bir daha təkrar edirəm - VAHİD namizədini. Və hamiya da gül kimi aydındır ki, bu “vahid” sözü ərəbdən gəlmədir, mənası da "bir", "yeganə", "yek" və s. deməkdir. Amma əgər İsa Qəmbər bir tərəfdən, üstəgəl həmin şura daxilində təmsil olunan bir sıra digər bəylər və cənablar da digər tərəfdən özlərini prezidentliyə namizəd elan edirlərsə, buna necə "vahid" demək olar.

Beləliklə, bu son bir neçə gündə İsa Qəmbər yenə də dönə-dönə elan elədi ki, bəs kimin nə deməsindən və kimin-kimi seçməsindən asılı olmayaraq, öz namizədliyini geri götürmək fikri yoxdur. Yəni “mən arabanın beşinci təkəriyəm”. Ardınca da çox tutarlı arqument söylədi: "Namizəd olan şəxs Azərbaycanda olmalıdır". Bu da düz. Amma "vahid"in "vahid" qalmaq məsələsi bununla da bitmədi.

Milli Şuranın digər bir üzvü Rəşad Hacılı qəflətən mətbuatda bəyan edib ki, bəs o, Cəmil Həsənlinin də "vahid" namizəd olmasını istəyir. Şuranın digər üzvü, “Turan” informasiya agentliyinin başçısı Mehman Əliyev də gozlənilmədən mətbuatda peyda oldu və o da oz novbəsində ərz elədi ki, əgər Şura üzvləri razılıq versə, o da öz növbəsində Vahidin funksiyalarını layiqincə yerinə yetirə bilər.
Xeyr, hələ siyahı bitməyib. Milli Şurada təmsil olunan Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud bəy də bəyan elədi ki, bəs o da prezidentliyə namizəddir və lütfən, bunu heç kəs yaddan çıxarmasın.
Bax, belə.

Rüstəm bəyin guya ki vahid namizəd kimi seçilməsindən 1 həftə keçməyib, amma artıq Şura daxilində nə az-nə çox, düz 4 namizəd irəli sürülüb. Və bu insanlar da 1 həftə əvvəl Milli Şuranın iclasinda yekdilliklə Rüstəm İbrahimbəyovun namizədliyinə səs vermişdilər. İndi əgər bu siyahiya şurada təmsil olunmayan və prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş daha 15 nəfərin də adını əlavə etsək, onda qızın neçə adaxlısının olmasını hesablamaq bir azca qəlizləşir. İndi hamı 1 ay sonranı gozləyir ki, görsünlər, bu cənab İbrahimbəyov cəsarət edib Bakıya gələcək, yoxsa yox?

Bir məsələyə də toxunaq. Məlum olduğu kimi, uzun müddət idi ki, Rustəm bəy Rusiya vətəndaşı olduğunu danırdı . Amma 1 həftə əvvəl bəyan elədi ki, bəs o, Rusiya vətəndaşliğindan imtina etmək ücün ərizə yazib. Bu vaxt isə məlum oldu ki, onun Rus vətəndaşlığından cıxarılma prosesi ən azı 6 ay çəkməlidir. Və bu da onun prezidentliyə namizəd kimi qeydə alınmaması deməkdir. İndi görün, bu şura üzvləri neyləyib. Dunən mətbuatda gedən məlumatlara görə, Şura Rusiya prezidentinə məktub yazıb ki, bəs bizim əziz xətrimiz ucun butun qanun və Konstitusiyanı pozub, Rüstəm bəyin vətəndaşliqdan çıxarılmasını sürətləndirin.

Belə getsə, bunlar bizi bütün dünyada biabır edəcəklər. Elə bil Putin ASAN Xidmətin direktorudur. Və bu demokratiyadan, düzlükdən dəm vuranlar da bir dovlət rəhbərindən xahiş edirlər ki, qanunu pozsun. Bax, elə bu cür qeyri-ciddi, avantürist addımlarına görə də şuranın nə ölkə daxilində, nə də ondan xaricdə 1 qəpiklik hörmət-izzəti qalmayıb.

Avropa Parlamentinin də bu il Azərbaycanda keçiriləcək seckilərə müşahidəçi göndərməyəcəyi haqda verdiyi bəyanat isə şura bəylərinin kefinə acı soğan doğramış oldu. Düz də edirlər əslində. Çunki bu ağıl və qabiliyyətin sahibləri seckilərdə nə muxaliflik edəsidir ki, bunlara gorə də avropalilar 1 ətək xərc və əziyyət cəkib uzaq yol gəlsinlər.

Seçkilərə cəmisi 3 ay vaxt qalıb. Bunlarsa hələ də evcik-evcik oynamaqla məşğuldurlar. Sözümü isə Prezident Adminstrasiyasının ictimayi-siyasi şöbəsinin müdiri Əil Həsənovun fikrilə yekunlaşdırıram: "İlham Əliyev təbliğat kampaniyası aparmayacaq".




Teqlər:  





Xəbər lenti