Ən çox iş yeri kənd məktəblərindədir

Ən çox iş yeri kənd məktəblərindədir
  16 İyul 2013    Oxunub:1447
“Bu il elan olunan vakant müəllim yerlərinin əksəriyyəti kənd məktəblərindədir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

O qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il kənd məktəblərində vakant müəllim yerlərinin sayı qədər həvəsləndirmə tədbirləri tətbiq olunacaq.

“Belə yerlərin sayı 2500-dəın çoxdur. Əvvəlki illərdə biz 800 vakant yerə ucqar kənd məkətblərində həvəsləndirmə təıdbirləri təklif edirdik. Bu il bütün kənd məktəblərində olan və hökümətin qərarına uyğun olan bütün yerlərə həvəsləndirmə tədbirləri tətbiq etdik. Düşünürük ki, bu daha çox müəllimlərin və gənc mütəxəssislərin həmin yerləri seçməsinə gətirib çıxaracaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti