Müəllimlər avqustun 15-ni gözləsin
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bu sözləri Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
“Güman edirik ki, avqustun 15-ə qədər bütün bu prosesləri başa çatdıracayıq və artıq müəllimlər hara düşdüyü məlum olacaq, siyahılar yerli idarəetmə orqanlarına göndəriləcək və əvvəlki illərdən fərqli olaraq tez müddətdə başa çatdırılacaq”-deyə, F.Qədirov əlavə edib.
Şöbə müdiri müəllimlərin işə qəbul prosesi ilə bağlı nazirliyin daha bir yeniliyi haqqında məlumat verib. “Daha bir yenilik ondan ibarətdir ki, bundan sonra hər dərs ilində iki dəfə vakant yerləri elan edəcəyik. Müsabiqədən sonra yaranan vakant yerləri və müsabiqə nəticəsində tutulmamış vakant yerlər. Burada keçid balını toplamış və işə qəbul olunmamış müəllimlər elektron seçim edib bu yerlərdı işləmək imkanı əldə edəcəklər. Biz düşünürük ki, bu ədalətli seçimdir”.
Sevinc İLTİFATQIZI