Türklər Qarabağda döyüşmək istəyir - Prezidentə müraciət

Türklər Qarabağda döyüşmək istəyir - Prezidentə müraciət
  04 Aprel 2016    Oxunub:5150
Son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar döyüşlərə qatılmaq üçün ölkə daxilində və kənarda yaşayan soydaşlarımızdan Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına çoxsaylı məktublar daxil olur.
AzVision.az xəbər verir ki, məktub göndərənlər arasında Türkiyə vətəndaşları da üstünlük təşkil edir.

Məktubda sözügedən şəxslər ölkə başçısının ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər.

İstanbuldan Ferdi Yıldırım: “Hörmətli cənab Prezident İlham Əliyev! Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var. Allah yardımçınız olsun”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  






Xəbər lenti