`Sarkisyan 60 yaşlı kişini cəbhəyə göndərir`

`Sarkisyan 60 yaşlı kişini cəbhəyə göndərir`
  05 Aprel 2016    Oxunub:4971
“Azərbaycan ordusu tərəfindən düşməndən azad edilən yüksəkliklərdə silahlı qüvvələrimiz çox rahat bir şəkildə növbəti əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün şans əldə ediblər”.
Bu fikirləri AzVision.az-a hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, ələ keçirilən yüksəkliklər bizi digər ərazilərin azad edilməsinə yaxınlaşdırır: ““Lələ təpə” Cəbrayıl rayonu ərazisində olan yüksəklikdir. Oradan Horadizə yarana biləcək təhlükələrin qarşısını almaq mümkündür. Eyni zamanda bu yüksəklik Füzuliyə növbəti addımlarımızı yaxınlaşdıran yüksəkliklərdən biridir. Talış kəndi Seysulandan Sərsəngə, Ağdərə istiqamətində çox mühüm strateji əhəmiyyətə malikdir”.

Ü.Cəfərov qeyd edib ki, ordumuz son əməliyyatlarda çox böyük uğur əldə edib: “Azərbaycan əsgərinin bir gün ərzində qazandığı uğuru xüsusi qeyd etmək lazımdır. Düşmən də inadkardır, məkrlidir. Bunun nəticəsidir ki, bu gün daha üç şəhid vermişik. Hesab edirəm ki, Azərbaycan tərəfi düşmənə aman verməməlidir. Çünki, düşmən panik a vəziyyətindədir. Sarkisyan xəcalət çəksin ki, 60 yaşlı, əlində silahı normal tuta bilməyən adamaları cəbhəyə göndərir”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun üzvü olan 11 ölkənin, o cümlədən həmsədrlərin də iştirakı ilə keçiriləcək iclasa mesaj ünvanlamalıdır: “Ötən gün Azərbaycan xoş niyyət sərgilədi və atəşi birtərəfli qaydada dayandırdı. Amma, ermənilər buna əməl etmir. Bunun isə məsuliyyəti birbaşa Ermənistanın üzərindədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti