Nazir yaralı hərbçilərə baş çəkdi
Nazir onlara tezliklə müalicə olunaraq sağlamlıqlarını bərpa etməyi arzulayıb:
“Azərbaycan Ordusu, o cümlədən siz düşmənin silahlı təxribatının qarşısını alarkən qəhrəmanlıq nümayiş etdirdiniz, nəinki bu təxribatın qarşısını məharətlə aldınız, hətta işğal altında olan və hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini azad etdiniz.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun nə qədər gücləndiyini və bu gün Vətənimizin işğal altında olan hissəsini qısa bir müddətdə işğaldan azad etməyə qadir qüdrətli bir ordu olduğunu siz yüksək səviyyədə sübut etdiniz. Buna görə də biz sizlərə minnətdarıq və hər birimiz sizinlə, bütün qəhrəman Azərbaycan hərbçiləri ilə fəxr edirik. Vətənin müdafiəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan övladlarının ruhu qarşısında isə baş əyirik”.
S.Müslümov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yaralı hərbçilərimizin zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin ediləcəklərini diqqətə çatdırıb. Daha sonra nazirlik tərəfindən müvafiq reabilitasiya vasitələri, o cümlədən əlil arabaları, dirsəkaltı ağaclar, əsalar və s. hospitala təqdim edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


