Ermənilərin növbəti yalanı - Video

Ermənilərin növbəti yalanı  - Video
  09 Aprel 2016    Oxunub:8496
Yalan və böhtan dolu xislətlərinə sadiq qalan ermənilər bədxah niyyətlərini həyata keçirməkdən nə yorulur, nə də utanır. Bu dəfə bizi yox, özlərini aldadıblar...

Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad olunması uğrunda apardıqları mübarizənin qarşısında uduzduqlarını artıq dərk edən ermənilər gücü veriblər sosial şəbəkələrə.

Youtube-da istifadəçi adı HolDingTv4 olan erməni, guya azərbaycanlıların ermənilərdən qorxub qaçdığını göstərən video yayıb və yazıb:

`Azərbaycanlılar panika içərisində Dağlıq Qarabağ ermənilərindən qaçırlar. Diqqət edin türklər də onlar üçün döyüşür.`

Bu, həmin videonun əslidir. Hadisə Türkiyədə baş verib. Türk əsgərləri separatçı türklərin etiraz aksiyasını dağıtmaq üçün havaya atəş açırlar.



Bu görüntülər isə, sözügedən hadisəni əvvəldən axıra kimi əks etdirir. Ermənilərin yalanını görmək üçün videoların yüklənmə tarixinə baxmaq da kifayət edir. Bu arada videonun linkinin sonunda ingilis dilində yazılan`False`, yəni `yanlış` ifadəsi də diqqət çəkir.



Əminik ki, onların budəfəki cəhdləri də baş tutmayacaq və bir daha dünyada özlərini biabır edəcəklər.

S. Həsənova
AzVision.az



Teqlər:  






Xəbər lenti