Şərurlu İsfəndiyar məşhur şirkəti məhkəməyə verib

Şərurlu İsfəndiyar məşhur şirkəti məhkəməyə verib
  11 Aprel 2016    Oxunub:2053
İş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib.
Bakı Apelyasiya Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşhurdur.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti