Şəmkir-Dəllər dəmiryolu təmir olunur

Şəmkir-Dəllər dəmiryolu təmir olunur
  11 Aprel 2016    Oxunub:1564
Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.
AzVision.az "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinə istinadən xəbər verir ki, Bakı - Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Aprelin 11-dən etibarən Şəmkir-Dəllər mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib və təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 78 km dəmir yolu əsaslı təmir olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti