Rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əhmədağalı, Sarıcalı və Qaradağlı kəndlərində transformatorlar, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi sıradan çıxıb.
Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 10 baş iribuynuzlu, 99 baş xırdabuynuzlu heyvan, xeyli toyuq-cücə tələf olub.
Hazırda rayona dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görülür. Artıq “Azərişıq” ASC tərəfindən yerlərə 3 ədəd yeni transformator, 5 ton transformator yağı, 2000 metr elektrik naqili, 200 metr SİP kabel, 30 ədəd dirək çatdırılıb, elektrik sistemi bərpa edilib.
Yaxın günlərdə düşmən atəşi nəticəsində ziyan dəymiş fərdi evlərin və ictimai binaların bərpasına başlanılacaq.












Vaxtında, Aydın, Lazımlı!


