İsraildə 270 terror aktı törədilib - 33 nəfər ölüb

İsraildə 270 terror aktı törədilib - 33 nəfər ölüb
  11 Aprel 2016    Oxunub:3588
2015-ci ilin oktyabrında fələstinli silahlılar tərəfindən İsraildə təxminən 270 terror aktı törədilib.
AzVision.az İsrail KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrail Ümumi Təhlükəsizlik Idarəsinin (ŞABAK) yaydığı hesabatda bildirilib.

Qeyd edilib ki, 270 faktın əksəriyyəti odlu və soyuqla həyata keçirilib, Terror hücumları nəticəsində 29 yəhudi və dörd xarici vətəndaş həlak olub. Bundan əlavə, təxminən 250 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb.

ŞABAK və İsraillin digər təhlükəsizlik qüvvələri 2015-ci ilin əvvəlindən təxminən 290 genişmiqyaslı terror aktının qarşısını alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:






Xəbər lenti