Tibb Universitetinə yeni rektor təyin edildi - SƏRƏNCAM

Tibb Universitetinə yeni rektor təyin edildi - SƏRƏNCAM
  11 Aprel 2016    Oxunub:7414
Prezident İlham Əliyev Gəray Çingiz oğlu Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, sərəncama əsasən, G.Gəraybəyli Tibb Universitetinin rektoru vəzifəsinə təyin olunub.

**

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.

Bu barədə AzVision.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Qeyd edək ki, Gəray Gəraybəyli 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru idi.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti