Ermənistan KİV-lərinin növbəti yalanı ifşa oldu
Ermənistanın panarmenian.net xəbər saytında bu gün guya azərbaycanlı Qarabağ müharibəsi veteranlarının ölkəmizə qarşı etiraza qalxması haqda həqiqəti əks etdirməyən informasiya dərc olunub. Düşmən cəbhəsi yalanlarına beynəlxalq ictimaiyyəti inandırmaq üçün bir qrup əlilin gömrükdəki narazılığını özündə əks etdirən köhnə videogörüntürləri yeni kimi təqdim edib.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov erməni təxribatını ifşa edib.
AzVision.az-a açıqlama verən deputat erməni KİV-lərində Qarabağ müharibəsi əlillərinin Gürcüstanla sərhəddə etiraz aksiyası keçirməsi haqda yayılan xəbərlərin yalan olduğunu bildirib.
Deputat qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan ermənilər informasiya müharibəsində yalan yaymaqla özlərini gülünc duruma salıblar.
“Ermənilərin yaydığı aksiya xəbəri tamamilə yalnışdır. Belə bir hadisə baş verməyib. Düşmən tərəfinin yaydığı video köhnədir. Qarşı tərəf məğlubiyyətin heyfini çıxmaq hər bir çirkin oyuna əl atmağa hazırdır. Biz onların təxribatlarına lazımi cavab veririk”-deyə deputat qeyd edib.
Anar
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


