Prezidentdən yeni ASC-nin yaradılması ilə bağlı Sərəncam
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilir.
Sərəncama əsasən, Cəmiyyətdə müşahidə şurası və idarə heyəti yaradılır. Müşahidə şurasının və idarə heyəti sədrlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Cəmiyyətə tapşırılır ki, dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya prospektinin hazırlanması üçün tədbirlər görsün,
səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin Cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.
AzVision.az