Zakir Həsənovdan erməniləri qorxuya salan mesaj...

Zakir Həsənovdan erməniləri qorxuya salan mesaj...
  12 Aprel 2016    Oxunub:8077
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 11-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

PKK tərəfdarları azərbaycanlılara hücum edib - VİDEO

Fransanın paytaxtı Parisdə Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyası keçirən azərbaycanlılar PKK bayraqları və Abdullah Öcalanın plakatlarını daşıyan qrupun hücumuna məruz qalıb.

***

Cəbhədə son vəziyyət necədir?

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

***

Almaniyada türklərlə kürdlər arasında kütləvi dava - VİDEO

Aprelin 11-də Almaniyanın Köln şəhərində türk diasporu tərəfindən terrorizmə qarşı aksiya keçirilib.

***

Obama ən böyük səhvini etiraf etdi

ABŞ lideri Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvini açıqlayıb.

***

Ermənilər cəbhədən 21 meyit götürüb

Ermənistan üç gün ərzində cəsədlərin dəyişdirilməsi prosesində 21 hərbçisinin cəsədini götürüb.



Kanadada Qarabağa dəstək aksiyası - Fotolar

***

Meyitlərin qaytarılması ilə bağlı açıqlama: `Dialoq davam edir`
Cəbhə xəttində gedən ağır döyüşlərdə həlak olan hərbçilərin meyitlərinin döyüş meydanından götürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan tərəfi ilə dialoqu davam etdirir.

***

Azad edilən torpaqlar minalardan təmizlənir - FOTOLAR

Azərbaycan Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilən ərazilərə cəlb olunub.

***

`Qarabağ Azərbaycanın qanuni ərazisidir` - Fransa mətbuatı

Fransanın “Le Huffington Post” portalında Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “Dağlıq Qarabağ: münaqişənin təcili həlli” başlıqlı məqaləsi dərc olunub.

***

Qarabağda erməni əsgər məhv edildi

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun bir əsgəri məhv edilib.

***

`Şəhidlərimizin qanı yerdə qalmayacaq`- Zakir Həsənov

“Azərbaycan ordusu torpaqlarımızı tezliklə işğaldan azad edəcək”. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəhid pilotlarla keçirilən vida mərasimində çıxış edərkən bildirb.

***

Qarabağda məhv edilən Ermənistan əsgərləri - SİYAHI

Qarabağda məhv edilən Ermənistan əsgərlərinin siyahısı açıqlanıb.

***

ABŞ səfiri Qarabağla bağlı sualdan imtina etdi

ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills Dağlıq Qarabağ zonasında gərginliklə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

***

`Qarabağ Üçün Oxu - 2` yayımlandı - VİDEO

AzVision.az saytı “Qarabağ Üçün Oxu” layihəsinin ikinci buraxılışını təqdim edib.



Generallar pilotlarla vida mərasimində - FOTOLAR

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilib.

***

Rusiyada terror aktı - 5 ardıcıl partlayış törədilib (VİDEO)

Rusiyanın Stavropol diyarının Novoselitsk rayon Daxili İşlər Şöbəsinin binası terrorçu-kamikadzelərin hücumuna məruz qalıb.

***

Ordumuz ən güclülər sırasında - Ermənistandan 34 pillə irəlidəyik

Amerikanın “Global Fire Power” araşdırma mərkəzi dünya ən güclü ordularının yeni reytqini açıqlayıb.

***

Şəhid pilotlarımız dəfn edildi

Azərbaycanın şəhid pilotları dəfn edilib.

***

`Qarabağda atəşkəsə əməl edin` - Lavrovdan çağırış

Rusiya Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəs barədə əldə olunan razılığa riayət etməyə çağırır.

***

`Qarabağ münaqişəsi gərginləşə bilər` - İsveçrə XİN

“Bu ayın əvvəlində Dağlıq Qarabağda yaranan gərginlik Rusiyanın səyləri ilə sabitləşib”. Bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

***

Ermənistan etiraf etdi - 64 hərbçi ölüb, 122 yaralı var

Ermənistan tərəfi cəbhə xəttində gedən döyüşlərdə ölən hərbçilərin bir qismini etiraf edib.

***

Prezident qadınlardan xahiş etdi: `Fendən istifadə etməyin`

Venesuela prezidenti Nikolas Maduro ölkədə yaşanan elektrik böhranı ilə əlaqədar qadınlardan saçqurudan fenlərdən istifadə etməməyi xahiş edib.



Şəhid pilotlarımızın dəfnindən FOTOLAR

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev bu gün II Şəhidlər xiyabanında dəfn edilib.

***

Brüsseldə Ermənistana qarşı etiraz – FOTOLAR

Belçikada yaşayan azərbaycanlılar paytaxt Brüsseldə etiraz aksiyası keçirilib.

***

Tibb Universitetinə yeni rektor təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Gəray Çingiz oğlu Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Müdafiə Nazirliyi: `Azərbaycan ordusu ölülərlə müharibə aparmır`

Erməni tərəfinin Azərbaycan hərbçilərinin erməni əsgərlərinin cəsədlərini təhqir etmələri ilə bağlı yaydığı bəyanatlar həqiqətəuyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

***

Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

***

Prezidentdən yeni ASC-nin yaradılması ilə bağlı Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.



TQDK ləğv olundu - Prezidentdən fərman

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

***

Ermənilər Azərbaycana görə Putinə müraciət etdi

Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir.

Hazırladı:Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti