I sinfə sənəd qəbulu başa çatdı

I sinfə sənəd qəbulu başa çatdı
  12 Aprel 2016    Oxunub:1513
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) I sinfə elektron sənəd qəbulu ilə əlaqədar məlumat yayıb.
İdarənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təhsil nazirinin 19 fevral tarixli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə martın 1-dən başlanılıb.

Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 33725 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. Onlardan 28247 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib.

Bundan başqa, 24559 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3688 nəfəri isə lisey və gimnaziyaları seçib.

Bu günə olan rəsmi məlumata əsasən, 17287 nəfər oğlan, 15268 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 2838 nəfəri 6 yaşı tamam olmayanlardır.

Məlumatda deyilir ki, I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 28 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti