Avropanı bir-birinə qatan cinayətkar Azərbaycanda tutuldu

Avropanı bir-birinə qatan cinayətkar Azərbaycanda tutuldu
  13 Aprel 2016    Oxunub:3030
Dövlət Sərhəd Xidməti tərəfindən aprelin 5-də Qazax rayonunun Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçərkən Fransa vətəndaşı, 27.09.1979-cu il təvəllüdlü Malavialle Olivye Alain saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az-a bildirilib ki, Fransanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, qeyd olunan şəxs Fransa, Polşa, Serbiya, Slovakiya, Rumıniya kimi ölkələrdə törətdiyi qanunsuz hərəkətlər, zorakılıq halları, oğurluq, ictimai əmlaka ziyan vurma, ictimai asayişin pozulması, narkotik vasitələrin istifadəsi ilə əlaqədar cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxs barəsində müvafiq tədbir görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti