Ötən gün nələr oldu? - XRONİKA

  13 Aprel 2016    Oxunub : 1408
Ötən gün nələr oldu? - XRONİKA
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 12-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycanlı səfir erməni həmsədrlə debata çıxdı

“France 24” televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkədəki erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyanla debatı yayımlanıb.

***

Rusiya erməniləri məyus etdi: Silah təklifi rədd edildi

Rusiya Azərbaycan və Ermənistana silah satışını maraqları balanslaşdıraraq həyata keçirir. Bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

***

Sarkisyan Qarabağdakı məğlubiyyətə görə generalları topladı

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Müdafiə Nazirliyində generallarla gizli görüş keçirib.

***

Türkiyədən Almaniyaya nota - Ərdoğanı ələ saldılar

Türkiyə hökuməti Almaniyanın 2-ci kanalı ZDF-də söylədiyi şeirlə prezident Rəcəb Tayyib Ərdoğanı məsxərəyə qoyan Jan Böhmermann haqqında araşdırma başladılmasını tələb edib.



Ordumuz üçün yeni hərbi maşın - FOTO

“Azerant” milli avtomobil modelinin müəllifi gənc Ramil Nəcəfov Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi təyinatlı avtomobilin layihəsini hazırlayıb.

***

Suriyada daha bir azərbaycanlı öldürüldü – FOTO

Suriyada İŞİD qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı mücahid öldürülüb.

***

Ermənistan polisi Qarabağa yerləşdirilir

Ermənistan rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı polis qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yerləşdirilir.

***

Məşhur erməni idmançı Qarabağda öldürülüb - FOTO

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalar zamanı düşmən ölkənin məşhur idmançısı ordumuz tərəfindən məhv edilib.

***

Ermənilərdən etiraf: 16 hərbçi Qarabağda itkin düşüb

Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi bəyanat yayaraq hüquq müdafiəçilərini aprelin 2-də baş verən döyüş əməliyyatları zamanı 16 erməni hərbçisinin itkin düşməsi ilə bağlı araşdırma aparmağa çağırıb.

***

Ermənilərin dağıtdığı məscidlər bərpa olunacaq
“Aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən toqquşmalar zamanı erməni tərəfindən dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək”.

***

Brayza Qarabağa görə Obama hökumətini tənqid etdi

“Mən son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənirəm”. Bu sözləri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib.



Sərkisyan Petrosyanla nə danışıb? - KARİKATURA

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 9-da ölkənin ilk prezidenti Levon Ter-Petrosyanla görüşüb.

***

MSK-nın yeni tərkibi məlum olub - TAM SİYAHI

Azərbaycan Milli Məclisində təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin siyahısını parlamentə təqdim ediblər.

***

Ermənistan daha 13 hərbçinin ölümünü etiraf elədi- SİYAHI + YENİLƏNİB

Cəbhə xəttində son günlər baş verən döyüş əməliyyatları zamanı itkilərini gizlədən Ermənistan rəhbərliyi atəşkəs barədə razılıq əldə edildikdən sonra ölən hərbçilərini üzə çıxarmağa başlayıb.

***

Ermənistanın baş naziri Moskvaya gedir

Ermənistanın baş naziri Ovik Abramyan 12-13 aprel tarixlərində Moskvaya səfər edəcək.

***

Azərbaycanda 575 nəfər adından utanır - ÖZƏL

Azərbaycanda 2016-cı ilin yanvar, fevral və mart ayları ərzində 575 nəfər adının, ata adının və soyadının dəyişdirilməsi üçün müraciət Ədliyyə Nazirliyinə müraciət edib.



“ASAN xidmət” sıfır korrupsiya deməkdir - İlham Əliyev

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

***

Lamiyə evləndi: `Həyat yoldaşım iş adamıdır`

Məhbəs həyatı ilə gündəmə gələn Lamiyə Quliyev ailə həyatı qurub.

***

Ermənistan ordusunda daha bir itki

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Harnik Hamletoviç Avetisyan iki yük maşın arasında qalaraq ölüb.

***

Əliyev, Putin və Ruhani Bakıda görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri yaxın vaxtlarda təhlükəsizlik məsələləri ilə bağlı görüşməyi planlaşdırır.

***

Ermənistanın vurduğu ziyan dəqiqləşdirilir - XİN

Ermənistan rəhbərliyində olan şəxslərin məsuliyyəti haqqında zəruri beynəlxalq hüquqi addımlar atılacaq. Bunu Ermənistan XİN və Müdafiə Nazirliyinin Cenevrə konvensiyalarının pozulması barəsində açıqlamasına münasibətdə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

***

Məleykə Abbaszadəyə yeni vəzifə verildi

Azərbaycan prezidenti İlham Əliyev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

`İçərişəhər`in rəisi işdən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

***

Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin edildi

Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Ermənistan tərəfi: 75 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb

Ermənistan tərəfi cəbhə xəttində gedən döyüşlərdə ölən hərbçilərin bir qismini etiraf edib

***

Sarkisyan təcili nazirləri topladı - Mövzu Qarabağdır

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.



Azərbaycan tarix yazdı - millimiz ilk dəfə dünya çempionatında

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb.

***

Fransız senatordan ermənilərin əleyhinə bəyanat

Fransanın En (Ain) rayonunun Senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan ərazisinə qarşı erməni təcavüzünü qətiyyətli şəkildə pisləyib.

***

Qarabağla bağlı Təmas qrupu yaradılacaq

“Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək”. Bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib.

***

Ruslarla ərəblər arasında gizli neft anlaşması

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı səviyyəsini sabit saxlamaq barədə razılığa gəlib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: