`Son hadisələr Azərbaycanı qələbəyə yaxınlaşdırdı`

`Son hadisələr Azərbaycanı qələbəyə yaxınlaşdırdı`
  13 Aprel 2016    Oxunub:1628
“Cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan öz sözünü deməyə və dünyanı öz həqiqətinə inandırmağa qadir olan bir ölkədir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsinin şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.

K.Abdulla bildirib ki, Azərbaycan bütün addımlarını həmahəng və sinxron şəkildə atır: ”Son hadisələr Azərbaycanı qələbəyə doğru yolunu bir az da yaxınlaşdırdı. Azərbaycan nəinki öz daxilində dəstəklənir, həm də xaricdən dəstəklənir. İnanıram ki, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti