Erməniləri susduran jurnalist işdən çıxarıldı-VİDEO

Erməniləri susduran jurnalist işdən çıxarıldı-VİDEO
  13 Aprel 2016    Oxunub:9821
Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Facebook-da yazıb.

Onun sözlərinə görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Buradakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözləri idi”.

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.



AzVision.az


Teqlər:  






Xəbər lenti