`Qaregin mənimlə görüşə gəlmədi` - Şeyxülislam
A.Paşazadənin sözlərinə görə, son hadisələr göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Biz çətin dövrlərdən çox keçmişik. Bu gün insanlarda bir Vətən ruhu, sevgisi var. Azərbaycan həm daxildən, həm də xaricdən tam dəstəklənir. Bu dövlətin apardığı siyasətin nəticəsidir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır".
A.Paşazadə qeyd edib ki, əgər Ali Baş Komandan əmr etsə, Azərbaycan məsələni hərbi yolla həll etməyə qadirdir: "Biz şəhidlərimizi heç vaxt yaddan çıxartmamalıyıq. İnanıram ki, qələbə bizimdir və biz bunu qazanacağıq".
QMİ sədri cəbhə xəttində baş verən hadisələr zamanı Rusiyanın patriarxı Kirillin tutduğu mövqeni də dəyərləndirib:
"Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi". (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


