`Bu sahədə ciddi boşluqlar mövcuddur` - Komitə sədri

`Bu sahədə ciddi boşluqlar mövcuddur` - Komitə sədri
  13 Aprel 2016    Oxunub:2386
"Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var. Çünki bu sahədə ciddi boşluqlar mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var: "Əvəllər məktəblərdə psixoloqlar uşaqlarla işləyirdi. Bəzən görürsən ki, uşaq 1, 2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Belə olanda uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. O dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq təsir göstərməlidirlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir, diqqətlə yanaşmaq lazımdır".

Komitə sədri daha sonra qeyd edib: "Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişiklikləri özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki. Araşdırılır və məlum olur ki, uşağın müəlliminə qarşı acığı tutub. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti